:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Boks Federasiyanda 8 aydır maaş verilmir

Font

Azərbaycan Boks Federasiyası və Taekvando Federasiyası işçilərinin əmək haqqları gecikdirilir.


Bu barədə Federasiyanın idmançıları BAKU.WS-ə məlumat veriblər.

Bildirilir ki, idmançılar artıq 8 aydır maaş ala bilmirlər. Artıq legionerlərin də öz ölkələrinə geri qayıtmaq fikrində olduqları bildirilir.

Əmək haqqılarının nə səbəbdən gecikdirilməsini öyrənmək üçün Boks Federasiyası ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Tahir Hümmətov BAKU.WS-ə bildirdi ki, bu barədə məlumatı yoxdur.

"Məsələni dəqiqləşdirəndən sonra açıqlama veriləcək”, - deyə qurum rəsmisi bildirib.