:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Fuad Abbasov: " Polad Bülbüloğlunun çeçenlər arasında yaranan qarşıdurmanın həlində rolu əvəzedilməzdir "

Font

"Rusiya paytaxtı Moskvada bir qrup azərbaycanlı və çeçen arasında baş verən qarşıdurmanın aradan qaldırılmasında Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycanın Rusiyadakı səfirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin çox böyük və əvəzedilməz rolu olub. Hamının bunu bilməsi vacibdir”.

Bunu Rusiyada yaşayan azərbaycanlı jurnalist Fuad Abbasov deyib.

O qeyd edib ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu vəzifəsinin öhdəsindən layiqincə gəlir: "Kiməsə elə gələ bilər ki, Polad Bülbüloğlu bu hadisəyə görə yalnız "Prezident” otelində keçirilən tədbirlə kifayətlənib. Bu qətiyyən belə deyil. Polad Bülbüloğlu bir səfir kimi qarşıdurma meydana gələn gündən fəaliyyətə başlamışdı, Moskvanın Polis İdarəsi, dini liderlər, çeçen təmsilçiləri ilə danışıqlar aparırdı, prosesi nəzarətdə saxlayırdı. Onun hadisə ilə bağlı gördüyü işlər əvəzedilməzdir.

Heç kim düşünməsin ki, Azərbaycan tərəfdən heç bir iş görülməyib. Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Dövlət Komitəsinin Rusiya ilə əlaqələrə cavabdeh olan müvafiq şöbəsinin əməkdşları azərbaycanlılarla çeçenlər arasında yaranan münaqişənin həll olunmasında aktiv iştirk edirdilər. Onlar əllərinə telefon alıb canlı yayıma çıxmırlar, fəaliyyətlərini canlı yayım vasitəsilə hamıya göstərmirlər. Amma bu o demək deyil ki, heç bir iş görməyiblər. Onlar öz səlahiyyətləri çərçivəsində çox böyük işlər görüblər və görürlər. Biz sadəcə olaraq onun nəticəsini görürük. Bu gün də nəticə göz qabağındadır”.

Jurnaalist bu məsələdə öz rolunun şişirdilməsinə etiraz edib: "Biri deyir ki, Fuad Abbasov diaspor rəhbəri olsun, digəri söyləyir ki, səfir təyin edilsin. Xahiş edirəm belə şərhlər yazmayın, fikirlər söyləməyin. Xüsusən də mənim sosial şəbəkədəki səhifəmdə belə hallar təkrarlanması yolverilməzdir. Mən sadəcə olaraq jurnalist kimi baş verənləri işıqlandırmışam”.