:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Bakıda çoxmərtəbəli binada tüstülənmənin qarşısı alınıb -YENİLƏNİB – VİDEO

Font

Bakıda Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsindəki çoxmərtəbəli yaşayış binasında tüstülənmə olub.

Tüstülənmə binanın C blokunda liftin şaxtasındakı elektrik kabellərində qeydə alınıb.

60-dam çox sakin binadan təxliyə edilib.

Dövlət Yanğından Mühafizə Xidmətinin 18 yanğından mühafizə bölməsi və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub, digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Tüstülənmənin qarşısı alınıb.

****

Bakının Yasamal rayonunda çoxmərtəbəli binada yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, hadisə Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsində çoxmərtəbəli yaşayış binasında qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub.

Digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb. Əlavə məlumat veriləcək.

Bakıda yanğın baş verən çoxmərtəbəli binanın yerləşdiyi əraziyə 5 təcili tibbi yardım briqadası göndərilib.

Bu barədə Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, hadisə ilə əlaqədar təcili yardıma saat 12.55 radələrində çağırış daxil olub.

Qeyd edək ki, Bakı şəhəri, Şəfaət Mehdiyev küçəsində yerləşən yeni çoxmərtəbəli binada yanğın başlayıb.