:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Putin Poroşenkonun telefon zənginə cavab vermədi

Font

Rusiya prezidenti Vladimir Putin Kerç boğazında hadisədən sonra ukraynalı həmkarı Pyotr Poroşenkonun telefon zənginə cavab verməyib.

Bu barədə ABŞ-ın "Fox News” telekanalına müsahibəsində Ukrayna prezidentinin özü danışıb.

Onun sözlərinə görə, Rusiya liderinə zəng edərək nəyin baş verdiyini aydınlaşdırmaq istəyirmiş...

Xatırladaq ki, noyabrın 25-də Rusiya sərhədçiləri Kerç boğazında silah tətbiq edərək Ukrayna Hərbi-Dəniz Qüvvələrinin üç gəmisini saxlayıb. Nəticədə 3 Ukrayna hərbçisi yaralanıb. Bundan başqa, 24 Ukrayna hərbçisi saxlanılıb.

Ukrayna hakimiyyətinin fikrincə, Moskva dəniz hüququ üzrə BMT Konvensiyasını, həmçinin Azov dənizi və Kerç boğazından istifadə üzrə əməkdaşlıq haqqında Ukrayna-Rusiya müqaviləsini pozub. Moskva isə bunun əksini iddia edir və beynəlxalq hüquq çərçivəsində hərəkət etdiyini bildirir.

Dekabrın əvvəlində Vladimir Putinin özü də bildirmişdi k, Poroşenkonun telefon zənglərinə cavab verməyəcək, çünki Ukraynada prezident seçkilərində "onun kombinasiyalarında iştirak etmək niyyətində deyil”.