:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Bakı Dövlət Universitetinin tələbəsi itkin düşüb

Font

Goranboy rayon sakini itkin düşüb.

"Report"un Qərb bürosunun məlumatına görə, Qaraçinar kəndində yaşayan Mais Qurbanov fevralın 17-də paytaxta qayıtmaq adı ilə evdən çıxıb. Gənc atasına əvvəlcə Gəncəyə, sonra Bakıya gedəcəyini bildirib. Lakin yaxınları günorta saatlarında Maisin mobil telefonuna zəng vursalar da, onun telefonuna zəng çatmayıb. Həmin gündən M.Qurbanovdan xəbər yoxdur.

Yaxınlarının bildirdiyinə görə, BDU-nun hüquq fakultəsinin 1-ci kurs tələbəsi olan M.Qurbanov oxuduğu müddət ərzində Goranboya gəlib qayıtsa da, sonuncu dəfə paytaxta getməyib. Yaxınları ondan xəbər tuta bilmədiklərindən narahatdırlar.

Tələbənin itkin düşməsi ilə bağlı Goranboy rayon Polis Şöbəsinə müraciət edilib. Onu görənlərdən yaxud M.Qurbanov haqqında məlumatı olanlardan 051-327 -22-32 və 051-572-01-54 telefon nömrələrinə zəng etmələri xahiş olunur.