:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Albaniya Prezidenti: TAP İon-Adriatik qaz kəməri layihəsinin reallaşdırılması üçün zəmin yaradıb

Font

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) İon-Adriatik qaz kəməri (IAP) layihəsinin reallaşdırılması üçün zəmin yaradıb.

Bunu Albaniya Prezidenti İlir Meta deyib.

Prezidentin sözlərinə görə, TAP-ın bir qolu olan IAP Azərbaycan qazının Monteneqro və Bosniya və Herseqovinadan keçməklə Albaniyadan Xorvatiyanın Split şəhərinə nəqlini nəzərdə tutur:

"Hazırda uğurlu texniki-iqtisadi əsaslandırmadan sonra Albaniya və Monteneqro hökumətləri Avropa İttifaqından layihənin icrası üçün 2,5 milyon avro məbləğində qrant alıb”.