:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib

Font

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 21-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, Rusiyadan olan həmsədr İqor Popovu, ABŞ-dan olan həmsədr Endrü Şoferi və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.