:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Vergilər Nazirliyindən 21 milyonluq SANKSİYA

Font

2018-ci il ərzində vergi orqanları tərəfindən Vergi Məcəlləsinin 50-ci maddəsinə uyğun olaraq, 15 612 nəzarət tədbiri keçirilib.

Vergilər Naziliyi xəbər verir ki, bu tədbirlər nəticəsində 20,8 mln. manat maliyyə sanksiyası hesablanıb.

Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına görə bir nəzarət tədbirinə 410 manat, malların və pul vəsaitinin uçota alınmaması hallarına görə 3870 manat və nağdsız hesablaşmaların aparılması qaydalarına görə isə 59 000 manat maliyyə sanksiyası düşüb.

2018-ci ildə nəzarət tədbiri keçirilməli olan vergi ödəyicilərinin düzgün müəyyən edilməsi nəticəsində bir belə tədbirə düşən maliyyə sanksiyasının məbləği artıb: "Məsələn, "Nağdsız hesablaşmalar haqqında” qanunun tələblərinə əməl edilməsi vəziyyətinin yoxlanılması üzrə 2017-ci ildə keçirilmiş 611 tədbir zamanı 749,9 min, 2018-ci ildə isə cəmi 66 tədbir zamanı 3 mln. 891,6 min manat saksiya tətbiq edilib.

2018-ci il ərzində keçirilmiş xronometraj tədbirləri zamanı bir təsərrüfat subyektində orta günlük dövriyyə 2017-ci ildə 90,7% artırılaraq 604 manatdan 1 151,7 manata, 2018-ci ildə isə 130% artırılaraq 769 manatdan 1 767 manata çatdırılıb.