:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Nazir: “Türkmənistan qazının Cənub Qaz Dəhlizi ilə nəqli üçün qazı alan tərəflə razılıq əldə edilməlidir”

Font

"Türkmənistan 2 ildir ki, Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurasına qoşulub. Türkmənistan nümayəndəsi isə maraq göstərdiklərini bəyan edib”.

Bunu Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin V iclasından sonra mətbuat konfransında "Report"un Trans-Xəzər Boru Kəməri layihəsinin reallaşması və Türkmənistan qazının SGC ilə Avropaya ixrac edilməsi imkanları ilə bağlı sualını cavablandıran energetika naziri Pərviz Şahbazov deyib.

Onun sözlərinə görə, Türkmənistan qazının SGC ilə nəqli üçün tərəflər arasında razılıq olmalıdır: "Dəhlizi qazla təchiz edən və onu alan tərəflər razılığa gəlməlidir. Əgər belə bir razılıq olarsa, SGC təklifləri nəzərdən keçirməyə hazırdır”, - deyə nazir qeyd edib.