:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Azərbaycan Prezidenti ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri ilə görüşüb

Font

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 20-də ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri xanım Sandra Oudkirk ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında layihənin uğurlu icrası ilə bağlı səmərəli müzakirələrin aparıldığını vurğulayıb. Dövlət başçısı ötən il bir neçə mühüm layihənin icrasının başa çatdırıldığını qeyd edərək, bugünkü toplantıda yeni tərəflərin də təmsil olunduqlarını vurğulayıb. Bildirib ki, bu, layihəyə artan marağın göstəricisidir.

Dövlət başçısı ABŞ Prezidenti Donald Trampın Cənub Qaz Dəhlizi layihəsinə göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini qeyd edib.

ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri xanım Sandra Oudkirk 2018-ci ildə layihənin uğurlu icrası istiqamətində mühüm nailiyyətlərin əldə olunduğunu deyib. O, ötən il bu layihə çərçivəsində yeni xətlə Türkiyəyə ilk dəfə olaraq 1 milyard kubmetr qazın çatdırıldığını vurğulayıb.

Görüşdə bərpaolunan və alternativ enerji, eləcə də digər sahələrdə Azərbaycan ilə ABŞ arasında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.