:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Bu dövlət əmlakları özəlləşdirildi

Font

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən fevralın 19-da növbəti hərrac keçirilib.

Komitədən verilən məlumata görə, budəfəki hərracda özəlləşdirilən dövlət əmlaklarına kiçik dövlət müəssisə və obyektləri, qeyri-yaşayış sahələri, yarımçıq tikili aiddir. Özəlləşdirmədə iştirak edən şəxslərdən 4-ü seçdiyi dövlət əmlakları üzrə sifarişi elektron formada verib.

Yeni biznes imkanları təklif edən kiçik dövlət müəssisələri paytaxtda və Gəncə şəhərində yerləşir. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif Mirzəyev küçəsi ünvanındakı ticarət obyektinin ümumi faydalı sahəsi 90.5 kv.m-dir. Adıçəkilən dövlət əmlakına müxtəlif iqtisadi sahələr üzrə sərmayə qoyulması onu investor üçün gəlirli fəaliyyətə çevirə bilər. Gəncə üzrə özəlləşdirilən kiçik dövlət müəssisəsinin isə ümumi faydalı sahəsi 56 kv.m-dir. Nizami rayonu, Yeni Gəncə qəsəbəsindəki bu dövlət əmlakını investor 5 min 500 manata özəlləşdirib.

Xidmət və ofis obyekti kimi istifadəyə uyğun olan qeyri-yaşayış sahələri paytaxt rayonlarında yerləşir. 169.2 kv.m ümumi faydalı sahəsi olan obyekt Yasamal rayonu, Ə.Cəmil küçəsindədir. Hərrac iştirakçısının 15 min manata özəlləşdirdiyi dövlət obyekti isə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşir. Bu qeyri-yaşayış sahəsinin isə ümumi faydalı sahəsi 77.7 kv.m-dir. Cəlilabad rayonu, Maşlıq kəndində yarımçıq tikili 12 min 556 kv.m-lik torpaq sahəsi ilə birgə özəlləşdirilib.

Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac fevralın 26-sı keçiriləcək. Bu dəfə hərraca ümumilikdə 119 dövlət əmlakı çıxarılıb. Onlardan 23-ü səhmdar cəmiyyəti, 30-u kiçik dövlət müəssisə və obyekti, 23-ü qeyri-yaşayış sahəsi, 6-sı yarımçıq tikili, 37-si isə nəqliyyat vasitəsidir.