:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Rusiya-Azərbaycan sərhədinin demarkasiyası üzrə işçi qrupun növbəti iclası yazda keçiriləcək

Font

"Rusiya-Azərbaycan sərhədinin demarkasiyası üzrə işçi qrupun növbəti iclası yazda Bakıda keçiriləcək".

Bu barədə jurnalistlərə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqları üzrə səfiri İqor Bratçikov bildirib.

Onun sözlərinə görə, demarkasiya prosesi planlaşdırılmış qaydada həyata keçiriləcək.

"Ümidvaram ki, sərhədləri qısa zamanda demarkasiya edəcəyik", - İ.Bratçikov deyib.

Xüsusi tapşırıqlar üzrə səfirin sözlərinə görə, Rusiya tərəfi iclasda iştirak etmək üçün azərbaycanlı həmkarlarından dəvət alıb.