:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

“Qalmağa yerim olmayanda İradə mənə sığınacaq verib” - Erməni jurnalist

Font

Erməniəsilli rusiyalı jurnalist Marqarita Simonyan "Telegram” səhifəsində azərbaycanəsilli həmkarı İradə Zeynalova ilə münasibətindən yazıb.

O, azərbaycanlı teleaparıcı ilə bağlı xatirəsini bölüşüb:

"İradə mənim rəfiqəmdir. Mən Moskvaya gələndə qalmağa yerim yox idi, İradə mənə evində sığınacaq verib. Xəbər otağında bizi "Ermənistan-Azərbaycan münaqişəsi” adlandırırlar”.

Simonyan, həmçinin, qeyd edib ki, İradə Zeynalovanın bir ənənəsi var – "hərbi müxbirlərə ərə getmək”. Bunu yazan Marqarita Zeynalovanın yeni həyat yoldaşı – Birinci kanalın hərbi müxbiri Aleksandr Yevstiqneyevin "Telegram” ünvanını paylaşıb.