:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Yaponiya Trampa “Nobel” verilməsini təklif edib

Font

Yaponiyanın baş naziri Sindzo Abe ABŞ prezidenti Donald Trampın "Nobel” sülh mükafatına namizədliyini irəli sürüb.

Baş nazir bu təklifini Trampın Şimali Koreyanın nüvə silahlarını azaltmaq uğrunda göstərdiyi səylərlə əlaqələndirib.

Ən maraqlısı da budur ki, Sindzo Abe bu fikri Vaşinqtonun qeyri-rəsmi xahişi ilə səsləndirib.

RenTV xəbər verir ki, 2018-ci ildə Tramp Sinqapurda Şimali Koreyanın lideri Kim Çın Inla görüşdükdən sonra, Ağ Ev Yaponiyaya belə bir müraciət göndərib.

Qeyd edək ki, Donald Tramp özü də bir neçə dəfə "Nobel” sülh mükafatına layiq olduğunu söyləyib.