:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Gəncənin iki xəstəxanasına yeni baş həkim təyin olunub

Font

Gəncə şəhərində 1 və 3 nömrəli xəstəxanaların baş həkimləri dəyişib.

Gəncə şəhər 3 nömrəli Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi Azad Quliyev tutduğu vəzifədən azad edilib.

O, Gəncə şəhər 1 nömrəli Abbas Səhhət adına Xəstəxananın baş həkimi təyin olunub.

Gəncə şəhər 3 nömrəli Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi vəzifəsi isə həmin xəstəxanada cərrah-həkim işləyən Qafar İbrahimova həvalə olunub.