:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Azərbaycan prezidentinin imzasını saxtalaşdıran deputat köməkçisi saxlanılıb - VİDEO

Font

Dağıstan polisi məmur postlarını "satan” 32 yaşlı Dərbənd sakini Beytulla Cavadovu saxlayıb.

Dağıstan mətbuatı xəbər verir ki, bu gün onun əməllərindən əziyyət çəkən 10 zərərçəkmişin adı məlumdur.

Fırıldaqçı karyerada yükşəliş üçün xidmətlərə görə şəxslərin 15 milyon rublunu mənimsəyib.

Cavadov bu əməlləri törətməyə məmur postlarının satışına Dağıstan parlamentinin deputatı Leyla Kərimovanın köməkçisi olduqdan sonra başlayıb. O, öz imkanlarına insanlara inandırmaq ölkənin birinci şəxsləri ilə fotoşəkillərini, Azərbaycan və Rusiya prezidentlərinin saxta fəxri fərmanlarını, adlı saatlarını nümayiş etdirib.



Onun vasitəsilə 4 milyon rubla təhsil nazirinin müavini, 2-3 milyon rubla rayon rəhbəri, cəmi 5 milyon rubla isə baş nazir vəzifələrini tutmaq olarmış.

Bundan başqa, Cavadov müəyyən məbləğ qarşılığında dövlət proqramı üzrə mənzil almaqda kömək etməyi vəd verib. Əlil uşağı olan ailə mənzil alınması prosesini sürətləndirmək üçün ona 300 min rubl verib.

Cavadov fevralın 11-də tutulub və onun barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 91-ci maddəsi üzrə cinayət işi başlanıb. Hüquq-mühafizə orqanları dələduzun əməllərindən zərər çəkənlərin müraciət etməsi üçün telefon nömrələri yayıb.