:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

2030-cu il futbol üzrə dünya çempionatını 4 ölkə birlikdə təşkil etmək istəyir

Font

Argentina, Çili, Paraqvay və Uruqvay prezidentləri 2030-cu ildə futbol üzrə dünya çempionatının təşkili üçün birgə ərizə təqdim etmək qərarına gəliblər.

Dövlət başçıları FIFA-ya 1930-cu ildə Uruqvayda keçirilmiş ilk dünya çempionatının 100 illiyinin bayram edilməsi barədə ümumi mövqelərini çatdıracaqlar.

Bundan əvvəl Uruqvayın idman naziri Fernando Kaseres bəyan etmişdi ki, ölkəsi 2030-cu ildə dünya çempionatlarının 100 illik yubileyini qeyd etmək istəyir, lakin bunu tək təşkil etmək imkanı yoxdur.

Qeyd edək ki, sonuncu - 2018-ci il dünya çempionatı Rusiya keçirilib. Növbəti mundial isə 2022-ci ildə Qətərdə təşkil ediləcək.