:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Makedoniyanın adı dəyişdi

Font

Makedoniya Respublikasının Şimali Makedoniya adlanması barədə Prespan sazişi rəsmi olaraq qüvvəyə minib.

Bu barədə Yunanıstan xarici işlər nazirinin müavini Yorqos Katrunqalos və keçmiş Makedoniya Respublikasının xarici işlər naziri Nikola Dimitrov Twitter sosial şəbəkəsində yazıblar.

Bundan əlavə, Konstitusiyaya edilən dörd dəyişiklik parlament tərəfindən qəbul olunub. Bu isə ölkənin adının rəsmi olaraq dəyişməsi deməkdir.

Trend xatırladır ki, Yunanıstan və Makedoniya sonuncu ad barədə sazişi 2018-ci ilin iyun ayında imzalayıblar. Saziş faktiki olaraq Makedoniya üçün NATO və Avropa İttifaqına daxil olmağa imkan verir.