:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Vüsal Kərimli: “Niyə maşını olanlara görə avtobusda gedənlər əziyyət çəkməlidirlər?”-VİDEO

Font

"Bakıda binalar tikilir, lakin parklamalar olmur. Bu binalardan istifadə insanlar üçün avtomobillə çıxma şəraiti yaradılmır”.

Bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli tanınmış jurnalist Mir Şahin Ağayevə açıqlamasında bildirib.

Vüsal Kərimli deyir ki, bəzi insanlar qayda pozmaq üçün beyinlərini məşğul edirlər.

"Hamının gördüyü kimi "Gənclik Mall”un qarşısını taksilər zəbt edib. Lakin oradan beş addım aralıda taksi dayanacağı var. Lakin oradan istifadə etmək istəmirlər”, - deyə V.Kərimli bildirib.

Qurum rəsmisi deyir ki, BNA-nın gördüyü işlər nəticəsində bəzi küçələrdə artıq parklama problemi aradan qaldırılıb. Bunun nəticəsində də, həmin ərazilərdə tıxacın qarşısı alınıb.

"Ən son Bülbül və Azadlıq prospektində belə rahat nə vaxt getmisiz? İndiki və əvvəlki vəziyyəti araşdıra bilərsiz. Deyirlər ki, BNA iki həftə ərzində 54 min sürücünü cərimələyib. 54 min sürücü kimdir?

Bu şəxslər özünə nəqliyyat vasitəsi almış, ona gücü çatmış vətəndaşlardır. Bu insanların gəliri avtobusda gəzən adamların gəlirindən nisbətən yaxşıdır.

54 min sürücüyə görə niyə 2 milyon insan, təxminən 1700 avtobus həmin küçələrdən narahat keçməlidir? İndi hansı daha yaxşıdır, bir avtobusda 80 nəfərin əziyyət çəkməsi, yoxsa hansısa iaşə obyektinin qarşısında maşınını qanunsuz park edənin narahatlığı daha əsasdır?

Əlbəttə ki, avtobusdakı insanların rahatlığı. Çünki maşını olan şəxslər rahatlığını artıq təmin edilib”.

V.Kərimli bildirib ki, hazırda parklama yerləri hökumətin müvafiq orqanları ilə razılaşdırılıb və təqdim olunur:

"Bunlar təqdim olunduqdan sonra araşdırılır və təsdiq olunmalıdır. Bundan sonra artıq zonalara görə qiymətlər formalaşacaq və bunu Nazirlər Kabineti təsdiq edəcək”.

Qurum rəsmisi bildirib ki, hazırda partlanmaya görülən yığılan pullar qanunsuzdur:

"Maşınlardan 1 manat da yığan var, 50 qəpik də alan olur. Burada gündəlik böyük məbləğlərdən söhbət gedir. Bununla bağlı müvafiq orqanlara müraciət etmişik.

Nərimanov metrosunun qarşısında maşın saxlamışdıq. Mənim özümdən də bir çek veriblər ki, bu pulu ödəməlisiz. Soruşanda haranın əməkdaşısız? Deyir BNA-nin əməkdaşıyıq. Özünü təqdim etməyi istəyəndə, qaçıb gedir”.

V.Kərimli deyir ki, Nazirlər Kabineti tərəfindən parklanmaya görə qiymətlər təsdiqlənməyib:

"Bu qiymətlər sonradan BNA-yi tərəfindən təqdim ediləcək. Parklanma siyasəti təqdim olunacaq, zonalara görə qiymətlər müəyyənləşəcək. Sonradan müəyyən olunacaq ki, gecə saatlarında, hansı vaxtlarda avtomobilərin parklanması pulsuz olacaq”.