:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

“Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya təsdiq edildi

Font

"Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanın təsdiq edilməsi məsələsi müzakirə edilib.

Bu barədə məsələ Milli Məclisin bu gün keçiriləcən plenar iclasında müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra konvensiya təsdiq edilib.

Qeyd edək ki, 22 il sürən sistemli danışıqlardan sonra avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlət başçılarının V Zirvə toplantısında "Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya imzalanıb.

Konvensiyanı Azərbaycan Prezidenti İlham Əliyev, İran Prezidenti Həsən Ruhani, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov imzalayıblar.


Milli Məclisin bu gün keçirilən plenar iclasında Xəzər dənizində əməkdaşlığa dair bir neçə saziş müzakirəyə çıxarılıb.

İclasda "2010-cu il 18 noyabr tarixli "Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında" Sazişə Xəzər dənizində mütəşəkkil cinayətkarlıqla mübarizədə əməkdaşlıq üzrə" Protokolun təsdiq edilməsi, "2010-cu il 18 noyabr tarixli "Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş"ə Xəzər dənizində terrorçuluqla mübarizədə əməkdaşlıq üzrə" Protokolun təsdiq edilməsi, "2010-cu il 18 noyabr tarixli "Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında" Sazişə Sərhəd orqanları arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət üzrə" Protokolun təsdiq edilməsi, "Xəzəryanı dövlətlərin hökumətləri arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi, "Xəzər dənizində insidentlərin qarşısının alınması haqqında" Sazişin təsdiq edilməsi, o cümlədən "Xəzəryanı dövlətlərin hökumətləri arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi məsələləri müzakirəyə çıxarılıb.

Müzakirələr zamanı deputatlar qeyd olunan sənədlərin Xəzərdə təhlükəsizliyin təmin edilməsində mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.

Sənədlər səsə qoyularaq təsdiq edilib.