:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Kamal Abdulla qalmaqal yaşadığı xanım dekanı işdən çıxardı

Font

Azərbaycan Dillər Universitetinin (ADU) Filologiya və Jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəyli vəzifəsindən çıxarılıb.

Bu barədə V. Ağabəyli özü bildirib və əlavə edib ki, onu əsassız iddialarla vəzifəsindən çıxarıblar.

O, ADU-da əleyhinə çıxmamış insanların da hazırda hədəf olduğunu bildirib: "Kimlər ki, mənim əleyhimə çıxmayıblar, növbəti hədəf onlardır. Pərvin Mürsəlovanı da bu gün işdən çıxardı, görək daha sonra kimləri çıxarır”.

Qeyd edək ki, bundan öncə K. Abdulla Filologiya və jurnalistika fakültəsinin dekanı V. Ağabəyliyə töhmət verildiyini açıqlamışdı. V. Ağabəyli isə rektoru universitetdə ayrı-seçkilik salmaqda, Elmi Şurada müəllimləri təhqir etməkdə, dostunun qızı olan və ingilis dilini bilməyən müəllimə dərs verməkdə, imtahanlarda köçürməyə şərait yaratmaqda günahlandırmışdı.

ADU: Vüsalə Ağabəyli çox ciddi nöqsanlarına görə vəzifəsindən azad olunub, amma müəllim kimi işində qalır

"Azərbaycan Dillər Universitetinin Filologiya və Jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəyli çox ciddi nöqsanlarına görə vəzifəsindən azad olunub”.

Bunu universitetin Mətbuat xidmətinin rəhbəri Ağa Cəfərli deyib.

O, V.Ağabəylinin müəllim kimi Dillər Universitetində çalışdığını əlavə edib.

"Yəni, o, işdən çıxmayıb. Onun işdən çıxması ilə bağlı yayılan məlumatlar əsassızdır. Sadəcə olaraq, dekan vəzifəsindən çıxarılıb. Yarımştat müəllim kimi fəaliyyətini davam etdirir”, - A.Cəfərli bildirib.