:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Stokholmda partlayış nəticəsində 1 nəfər ölüb

Font

İsveçin paytaxtı Stokholm şəhərində yerləşən azmərtəbəli binalardan birində partlayış baş verib.

Bu barədə yerli polisə istinadən SVT telekanalı məlumat yayıb.

Bildirilir ki, hadisə nəticəsində 1 nəfər həyatını itirib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları qeyd edirlər ki, ərazidə yaşayan insanların həyatını üçün təhlükə yoxdur, lakin yaxınlıqda yerləşən evlərin sakinləri hər ehtimala qarşı təxliyə ediliblər.

Daha əvvəl Fransanın Lion şəhərində çörək sexində partlayış və yanğın baş verib.