:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Hindistanda 3 gündə 97 nəfər alkoqoldan ölüb

Font

Hindistanın şimalındakı Uttar-Pradeş və Uttarkhand ştatlarında 3 gün ərzində alkoqollu içkidən istifadə nəticəsində 97 nəfər həlak olub.

Yenizaman.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda IANS agentliyi məlumat yayıb.

Yerli hakimiyyətə istinadən yayılan məlumata görə, fevralın 7-də Haridvar dairəsinin Ballupur kəndində bir neçə sakin dəfn mərasimində toplaşaraq alkoqollu içki qəbul edib. Onlar növbəti gün səhhətlərinin pisləşdiyini hiss ediblər.

Ölənlər haqqında ilk xəbər cümə günü daxil olub. Bundan sonra hadisənin araşdırılmasına başlanılıb.

Polis keçirdiyi əməliyyat nəticəsində 10 min litrdən çox qeyri-leqal alkoqol müsadirə edilib, 200-dən çox insan saxlanılıb.