:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Azərbaycanın seçilmişləri Rafiq Əliyev haqqında

Font

Mən, Rafiq Əliyevlə çoxdan tanışam. Onunla müxtəlif konfranslarda, Berkleydə və başqa yerlərdə görüşmüşəm. Bu səbəbdən də deyə bilərəm ki, mən Rafiq Əliyevi çox yaxşı tanıyıram. Onunla dostluğumu özüm üçün şərəf bilirəm. O, elə bir insandır ki, onu nə qədər yaxından tanıyırsansa, ona bir o qədər də hörmət və heyranlıq hissi bəısləyirsən. Mən heyranlıq sözünü mübaliğəsiz işlədirəm. Rafiq Əliyev elmidəki nailiyyətinə görə bir çox mükafatlara layiq görülmüş və bunlardan ən mühümü sovet dövründə aldığı Dövlət Mükafatıdır ki, bu da o dövrdə az adama verilirdi. Mənə dərin təssürat bağışlayan, onun çox dərindən düşünməsi, yaradıcı işə qeyri-adi bacarıqla yanaşması və özünü həm şifahi, həm də yazılı şəkildə gözəl ifadə etməsidir. Onu başqalarından fərqləndirən cəhət, onun gözəl ideyalar verməsi və onları həyata keçirmək bacarığıdır. O, məsələni hərtərəfli öyrənir və nəinki məqalələr, hətta kitablar yazır, özü də qalın kitablar yazır. O, hər şeyi çox çevik mənimsəyir. Buna çox gözəl misal kimi SOFF COMRUTINGi söyləyə bilərəm. Mən bu konsepsiyanı 10 il əvvəl irəli sürmüşəm. O, bu məsələnin vacibliyini dərhal duyaraq, bu haqda ilk kitab yazdı. Kitab rus dilində nəşr olundu. Mən ona bu kitabı inglis dilində yazmağı təklif etdim. Və kitab dünya elmi nəşriyyatında çap olundu. Mən inanıram ki, bu kitab SOFF COMPUTINGin inkişafında mühüm əhəmiyyət kəsb edəcək.

Mən Rafiq Əliyevə Azərbaycanda və onun hüdudlarından kənarda da hörmət bəsləndiyinə çox şadam. O, çox təsiredici qüvvəyə malikdir. O, qeyri-adi insandır. Mən onun qədər zəkalı, yaradıcılıq qabiliyyəti olan başqa bir insan tanımıram. Rafiq Əliyev həqiqətən dünya miqyaslı görkəmli bir şəxsiyyətdir. Bir daha təkrar etmək istəyirəm ki, mən onun pərəstişkarlarından biriyəm və ona dərin hörmət bəsləyirəm. Mən qəti ümidvaram ki, onun nüfuzu vaxt keçdikcə, dünyada daha da artacaq. SOFF COMPUTING onun şöhrətini daha da yüksəldəcək.

Professor L. Zadə

Elm hər yerdə elmdir. Elm beynəlmiləldir. Elmin vətəni yoxdur, amma alimin vətəni var. Alim bilməlidir ki, hansı millətə, hansı ölkəyə qulluq edir. Çox təəssüflər olsun ki, bizim bir sıra dəqiq elmlər üzrə çalışan alimlərimiz hansı ölkənin övladı, hansı vətənin, hansı millətin oğlu olduğunu unudur. Rafiq Əliyevi mənə sevdirən ən böyük cəhəti ondan ibarətdir ki, böyük alimliyi ilə bərabər, hansı millətə mənsub olduğunu çox gözəl bilir.

Bəxtiyar Vahabzadə

Rafiq Əliyev mənim tərcümeyi-halımın çox və əsas hissəsini təşkil edir. Onun baxışı XX əsr Azərbaycanın dünya elminə olan baxışıdır. Azərbaycan Rafiq Əliyev kimi alim yetişdirib onu dünya elminə bəxş etmişdir. Bu Azərbaycan elminin və Azərbaycan xalqının böyük nailiyyətidir.

Akademik İsmayıl İbrahimov

Рафик Алиев является ученым с мировым именем, он достойный гражданин Азербайджана и на высоком уровне представляет нашу страну во всем мире во многих нaправлениях.

Академик Митат Абасов

Rafiq Əliyevin invariant idarəetmə sistemləri sahəsində uzun illər apardığı tədqiqatların samballı nəticələri elmi ictimaiyyətin rəğbə­tini qazanmışdır. Onun aldığı nəti­cələr xey­li idarəetmə vasitələri­nin ha­zır­­lanmasına və sənayeyə tətbiq olunmasına imkan verdi. Azərbaycan bu işlərə görə sənaye invariant sistemlərinin tətbiqi və işlənilməsi sahəsində sayılan mərkəz oldu. O, neftayırma, neftkimya, əlvan me­tal­lurgiya və sənayenin digər sahələ­rin­də tətbiq olunmuş bir sıra böyük avtomatlaşdırılmış sistemlərin baş konstruktorudur.

R.Əliyev informatika və idarəetmə nəzəriyyəsi sahəsində beynəl­xalq səviyyədə tanınmış alim, süni intellekt sistemləri, qeyri-səlis və Soft Computing nəzəriyyəsi, inteqral ida­rəet­mə sistemləri, intellek­tual robotlar, invariant və qeyri-səlis dinamik sistemlər nəzə­riyyələri sahəsində əldə etdiyi prinsipcə yeni nəticələrlə düyna elmi­ni zənginləşdirmişdir...

Azərbaycanın görkəmli elm xadimlərindən, akademiklərdən İsmayıl İbrahimov, Maqsud Əliyev, Mirabbas Qasımov, İbrahim İbrahimov, Məcid Rəsulov, Həsən Abdullayev, Tofiq Əliyev, Azad Əfəndizadə, Çingiz Cuvarlı

Rafiq Əliyev əsl mənada dünya səviyyəli yox, dünyada ən yüksək səviyyəli alimlərdən biridir.

Ramiz Rövşən

Rafiq müəllim haqqında deyəcəyin sözlərin hamısı ürəkdən gəlir. Duyduğunu, hiss etdiyini danışırsan.

Rafiq müəllimin davranışı, münasibəti adamda xoş ovqat yaradır. O, xalqının dərdinə yandığı kimi, onun vətəndaşlarının da dərdinə şərik olur. Sevincinə sevinir. Elə dostlarının da. O, prinsipial olduğu qədər də çox diqqətlidir. Hamıya doğması, əzizi kimi yanaşır.

Rafiq müəllim yaxşı dostdur. Gözəl insandır. Sadə və səmimidir. Əsl ziyalıdır.

Bunlar Rafiq müəllimin insani keyfiyyətləridir.

Rafiq müəllimin insani keyfiyyətləri ilə bərabər yüksək alimliyi, elmiliyi var.

Beynəlxalq konfranslara, elmi simpoziumlara rəhbərlik edən, dünyanın bir çox nüfuzlu univerisitetlərində dərs deyən bu insan, hətta ən adi söhbətlərdə, danışıqlarda belə bir dəfə də olsun "mən” kəlməsi işlətmir. Bu Rafiq müəllimin böyüklüyüdür.

Onun insanlara və vətənə sevgisi məni həmişə ruhlandırır. Çox sevinirəm ki, bizim torpağımızın, elimizin dünyaca məşhur olan, insanların sevgisini qazanan belə bir oğlu var.

Musa Yaqub

Biz, Rafiq müəllimə bir insan, şəxsiyyət kimi qibtə edirik. Onun şəxsiyyəti, insanlara münasibəti ancaq bu hissləri yaradır. Sevinirik ki, onu müasiriyik, onunla birlikdəyik. Dünya şöhrətli azərbaycanlı alimi öz yanımızda görəndə xoşbəxt oluruq.

Rafiq müəllimdə məni ən çox cəlb edən cəhət onun azərbaycanlı olması və öz millətinə son dərəcədə vurğunluğudur. Bunu ancaq Rafiq müəllimlə yaxın dostluq edən insanlar bilər. Bu musiqini, poeziyanı, mədəniyyətimizi dərindən bilməkdə və sevməkdə də özünü göstərir. Onda bir neçə adamda olan çox üstün xüsusiyyətlər birləşib. Rafiq müəllimdə insanları özünə cəlb edən çox müsbət aura var. Onun susmağı da insanlar üçün maraqlıdır. Bilirsən ki, o adam düşünür, boş yerə susmur. Rafiq müəllimi görəndə adam müsbət enerji ilə dolur, mənən dincəlir. O şəkli almaq üçün insan görün nələrdən keçməlidir.

Ramiz Həsənoğlu, Xalq artisti, rejissor

Rafiq Əliyev Azərbaycanın milli sərvətləri sırasına daxil olan bir insandır. R.Əliyev bütün Azərbaycan xalqına lazım olan bir insandır. Mən Rafiq Əliyevlə fəxr edirəm. Çox şadam ki, bizim belə bir gözəl ziyalımız var.

İlyas İsmayılov

Allah bu millətdən və bu ölkədən heç nəyi əsirgəməyib. Amma son 200 ildə dünyada bizi demək olar ki, sadəcə neft ölkəsi kimi tanıyıblar. Etiraf etməliyik ki, bu ölkənin ən böyük sərvətinin yüksək intellektə sahib olan insan kapitalı olduğunu dünyaya tanıtdırmaqda hər zaman çətinlik çəkmişik. Amma Rafiq Əliyev kimi alimlərimiz Azərbaycanın adının dünyanın ən yüksək tribunalarından səslənməsində əvəzsiz xidmətlər göstərib. Nəzərə almalıyıq ki, dünyanın erməni yalanlarıyla aldadıldığı, həqiqətlərin təhrif edildiyi indiki dönəmdə Azərbaycanın adının, millətimizin haqq səsinin, hansı məhrumiyyətlərə, işğallara məruz qaldığımızın, sərhədlərimizin o tayında dilə gətirilməsi həyati əhəmiyyət kəsb edir. Bu baxımdan onun Vətən qarşısındakı xidmətləri təkcə elmi nailiyyətləri ilə məhdudlaşmır. Rafiq Əliyev təkcə alim kimi deyil, eyni zamanda Azərbaycanın fəxri diplomatı kimi dəyərlidir.

Vahid Əhmədov, millət vəkili

Bulağın yer üzündә mәkanına, zamanına, yeraltı suxurlardan yerüstü görüntüyә qovuşmaq üçün çәkdiyi әzabın ölçüsü nә qәdәrdisә, sıradan adamın "seçilmişliyә” gedәn yolu da bir bu qәdәr çilәli olur. Hәr millәtin gizli bilgilәrinin gizli dә daşıyıcıları var. Ünlü astroloq, hәkim, öncәgörmәlәri ilә dünya şöhrәti qazanmış Nostrodamusa hәsr olunan әsәrlәrdә yəhudi gizli bilgisinin ona verildiyi yazılmaqdadır. Nә mutlu gizli bilgilәri olan millәtlәrә vә bu bilgilәri estafet ağacı kimi gәlәcәyә ötürә bilәn adamlara! Şübhәsiz ki, Rafiq Əliyev millәtimizin gizli bilgilәrini daşıyan, seçilmişlәrindәn biridir.

Məmməd İsmayıl

Rafiq Əliyev mənim üçün ilk növbədə böyük alimdir. Hər yerdə ölkəsini şərəflə təmsil edən alim, xalqın fəxr etdiyi bilik adamıdır.

İkincisi, R.Əliyev bu gün çırağla axtarılan az sayda qalan əsl ziyalılardandır. Xalqın problemlərinə acıyan, dərdinə şərik olmağı bacaran insandır.

Nəhayət, Rafiq müəllim çox vəfalı dostdur, sevdiyi və hörmət etdiyi insanları heç vaxt unutmaz.

Cavanşir Quliyev, bəstəkar, əməkdar incəsənət xadimi

Tale elə gətirib ki, son illərdə biz Rafiq müəllimlə eyni mənəvi mühitdə "nəfəs alırıq”, eyni dərdləri yaşayır, eyni ağrıları bölüşürük. Çox problemləri müzakirə edirik və mən hər dəfə onun bu problemlərə yanaşmasındakı elmi dəqiqliyi və səlis proqnoz vermək qabiliyyətinə heyran oluram. Ölkənin, millətin taleyi ilə bağlı məsələlərdə mən Rafiq müəllimin hansı yanğı ilə yaşadığının, hansı dərdləri ürəyinə saldığının, bizi üzən iqtisadi və mənəvi böhranlardan qurtarmaq üçün hansı reseptləri verdiyiynin şahidiyəm.

Rafiq Əliyev, təkcə böyük alim, böyük ziyalı deyil, həm də, sözün həqiqi mənasında, böyük Azərbaycanlıdır. Həyat, ictimai inkişaf, iqtisadiyyat, elm, əxlaq, din, tərbiyə, musiqi, sənət və poeziya haqqında çox maraqlı fikirlərin sahibidir. O həm də parlaq zəkanı, dərin elmi, ictimai düşüncəni, yüksək mədəniyyəti və parlaq əxlaqı özündə birləşdirən böyük şəxsiyyət, cazibədar insan, bənzərsiz dost, millətin və məmləkətin ağrı-acılarını içində gəzdirən bir ziyalıdır.

Professor Qulu Məhərrəmli

"Su kimi sakit və güclü” kitabından

Rəfail Tağızadə