:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Moskva "Qarabağ"ı Çempionlar Liqasında oynayacaq

Font

Moskvanın "Qarabağ" klubu Cənub-Şərqi İnzibati Rayon (CŞİR) zonasında Rusiya paytaxtının Milli Mini Futbol Liqasının müntəzəm çempionatının qalibi olub.

Demək olar, tamamilə azərbaycanlılardan ibarət olan komanda 14 oyunda 10 qələbə qazanıb və 32 xalla ən yaxın təqibçisi "Lebo” komandasını qabaqlayıb. "Qarabağ" 88 qol vurub, 36 qol buraxıb.

Beləliklə, "Qarabağ" Çempionlar Liqası adlanan final mərhələsində oynamaq hüququ qazanıb. Orada Moskvanın beş rayonundan yüksək səviyyəli 20 komanda toplanıb.

20 komanda, hər birində beş komanda olmaqla, dörd qrupa bölünüb. "Qarabağ" "B" qrupuna düşüb və artıq növbəti bazar günü "Reddiş” komandasına qarşı ilk oyununu keçirəcək.

Rusiyadakı "Qarabağ" mini futbol klubu 2013-cü ildə yaradılıb. Bu illər ərzində həmyerlilərimiz bir neçə dəfə müxtəlif yarışların qalibi və mükafatçıları olublar.

Sonradan komanda maliyyə çətinliyi yaşayıb, uzun müddət sponsor tapa bilmədiyi üçün bir il yarım çıxış etməyib.

Ancaq kömək gəldi və "Qarabağ” Moskva Milli Mini Futbol Liqasında çıxışlarını davam etdirməyə başladı.

Bu günlərdə yenidən qurulan klubun Moskva Humanitar Universitetində hətta rəsmi təqdimatı keçirildi.

"Bu gün komandanın 90 faizini azərbaycanlılar təşkil edir, bunlar tələbələr və artıq təhsillərini başa vurmuş, lakin Rusiya paytaxtında yaşamaqda davam edən uşaqlardır”, - deyə Qarabağ"ın rəhbəri və baş məşqçi Elnur Vəliyev bildirir.