:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

İcra Hakimiyyəti: Bərdədə tapılan azyaşlılar Gəncədəki uşaq evinə veriləcək

Font

Bərdədə şadlıq evlərindən birinin qarşısında tapılan iki azyaşlı bu gün Gəncədəki uşaq evlərindən birinə veriləcək.

Bu barədə Trend-ə açıqlamasında Bərdə Rayon İcra hakimiyyəti başçısının 1-ci müavini Vahid Qarayev deyib.

Onun sözlərinə görə, azyaşlılar hazırda Bərdə rayon Uşaq Xəstəxanasındadır: "Uşaqlar tam nəzarətdədir. Onların anası məlum olub. Anası heç uşaqların atasını tanımır. Hazırda təşkilati işlər görülür. Azyaşlılar uşaq evinə göndəriləcək. Anası Qazax rayonunun Kəmərli kəndindən olan 1984-cü il təvəllüdlü Aslanova Yeganə Məhəmməd qızıdır. Dediyinə görə, Bərdədə kafe və çayxanalarda işləyib".

V.Qarayev deyib ki, hazırda azyaşlıların səhhəti normaldır: "Heç bir problemləri yoxdur, uşaqlar tam sağlamdır. Daim nəzarət altında saxlanılır".

Xatırladaq ki, fevralın 2-də gecə saatlarında Bərdə rayonundakı şadlıq evlərinin birinin qarşısından 1 və 2 yaşlı iki uşaq aşkarlanıb. Uşaqlar təcili tibbi yardım briqadası ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma aparılır.