:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Ekspertdən DYP-yə cavab: Sürücünün polisi çəkməsi qanunla qadağan deyil

Font

Polisin xidməti vəzifəsini yerinə yetirən zaman görüntülənməsində heç bir qanun pozuntusu yoxdur.

Bu barədə Oxu.Az-a açıqlamasında nəqliyyat eksperti Hüseyn Abdullayev deyib. Onun sözlərinə görə, bunun qadağan edilməsinə heç bir əsas yoxdur:

"Hüquqşünaslar bunu daha yaxşı təsdiq edər. Mən özüm də videoqeydiyyat cihazından istifadə edirəm. Sizə bu məsələnin əsas səbəbini izah edim. Vətəndaşlar tərəfindən çəkilən videolarda, bəzi Dövlət Yol Polisi əməkdaşlarının sürücüləri qanunsuz saxladığı aşkara çıxırdı. Sürücülərin əsassız saxlanıldığı, aldadıldığı bu məqamlar da təbii olaraq sosial şəbəkələrə düşən zaman ciddi rezonans yaradıb. Bu səbəbdən də onlar çalışırlar ki, maksimal dərəcədə bu hərəkətlərin qarşısı alınsın. Qanunla sürücünün polis əməkdaşını çəkməsi qadağan deyil. Bu vətəndaşın haqqıdır. Onu da qeyd edim ki, polis əməkdaşının üzərində də kamera və səs yazan cihazların olmasına icazə var”.

H.Abdullayev onu da əlavə edib ki, bəzən videoqeydiyyat cihazı polis əməkdaşların qanunsuz "saxla” əmrinin qarşısını ala bilir:

"Özüm şahidi olmuşam ki, Dövlət Yol Polisi əməkdaşı sürücünü saxlayıb. Avtomobilə yaxınlaşan zaman videoqeydiyyat cihazını görüb və sürücüyə yola davam etməsini deyib. Yəni bir bəhanə irəli sürərək geri qayıdıb. Polis sürücünü qanunla qeyd olunan normaları pozduğuna görə saxlayıbsa, nədən qorxmalıdır ki? Əksinə polis özü də bunun tərəfdarı olmalıdır ki, sabah məsələdə heç bir qaranlıq məqam qalmasın”.