:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Gənclər siyasəti sahəsində fəallığı ilə fərqlənən şəxslər təltif edilib-SİYAHI

Font

Gənclər siyasəti sahəsində fəallığı ilə fərqlənən şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə və dövlət gənclər siyasətinin həyata keçirilməsində, gənclər hərəkatının formalaşmasında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə

Cabbarov Azad Vaqif oğlu

"Tərəqqi” medalı ilə

Əsgərli Asif Məmməd oğlu
Qədirov Vüqar Kərim oğlu
Orucov İlqar Nəcibəddin oğlu

"Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

İskəndərov Vüqar Yapon oğlu
Quliyev Rüfət Mətləb oğlu
Nəcəfli Kamal Məmməd oğlu

Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında da sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Gənclər üçün Prezident mükafatına namizədlərin seçilməsi üzrə Ekspert Komissiyasının təklifinə uyğun olaraq, mədəniyyət, elm, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən aşağıdakı şəxslərə 2019-cu il Gənclər üçün Prezident mükafatları verilsin:

Hacızadə Hüseynxan Saleh oğlu
Həsənov Masər Fuad oğlu
Rəcəbli Sara Rauf qızı
Mehmandarov Mustafa Adil oğlu
Mirzəmmədova Nigar Mübariz qızı
Şahverənov Allahverdi Umud oğlu