:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Nikol Paşinyanın iqamətgahından xatirə sikkələr oğurlanıb

Font

Ermənistanın baş naziri Nikol Paşinyanın iqamətgahından oğurluq olub.

"Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu hökumət başçısı Aparatının istismar bölməsinin rəisi bildirib.

Onun sözlərinə görə, yanvarın 25-30 tarixi arasında baş nazirin paytaxt Yerevanın Baqramyan küçəsi 26 ünvanında yerləşən iqamətgahından xatirə sikkə oğurlanıb.

Hələlik kimlikləri müəyyənləşdirilməmiş oğru və ya oğrular Aparatın birinci korpusundan 4 xatirə sikkəsi aparıblar. Həmin sikkələr binanın 3-cü mərtəbəsindəki stenddə saxlanılırmış.

Polis hadisə ilə bağlı araşdırma aparır.