:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

AQTA sədri: "Azərbaycanda kustar üsulla hazırlanan spirtli içkilər bahalı şüşələrə yığılaraq satılır"

Font

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ictimai iaşə müəssisələri sahəsində fəaliyyət göstərən sahibkarlara müraciət edib.

O, ötən ilin yekunlarına həsr olunan mətbuat konfransında insanların kütləvi şəkildə qidalandığı belə yerlərdə sahibkarları daha diqqətli olmağa çağırıb.

Q.Təhməzli bildirib ki, qeyri-qanuni məşğulluq məsələsi əsas problemdir: "Həmin yerlərdə çalışan insanların tibbi müayinədən keçirilməsi bizim məqsədimizdir. Bir çox hallarda insanlar arasında xəstəliyin yayılması həmin ictimai iaşə obyektlərində çalışanların tibbi müayinədən keçmədən qida məhsullarının hazırlanması nəticəsində meydana çıxır".

AQTA sədri deyib ki, bu istiqamətdə mövcud olan problemlərin aradan qaldırılması üçün müvafiq qurumlarla birgə tədbirlər həyata keçirilir: "Bir çox hallarda təsadüfi şəxslər şadlıq evlərində xidmətçi (ofisiant) qismində qeyri-qanuni şəkildə işə götürülür və bu da insanların sağlamlığı üçün ciddi təhlükədir. Ona görə də həmin şəxslər mütləq şəkildə tibbi müayinədən keçməlidirlər. Araşdırmalarımız nəticəsində həm də kustar şəkildə hazırlanan spirtli içkilərin bahalı şüşələrə yığılıb istehlakçı şirkətə baha qiymətə satıldığı məlum olur. Həmin içkilər də ictimai iaşə müəssisələrinə satılaraq insanların sağlamlığına zərər vurur".

"Ötən ilin iyul-dekabr ayları ərzində fitosanitariya sahəsində həyata keçirilən nəzarət tədbirləri nəticəsində 461 karantin və xüsusi təhlükəli zərərli orqanizmlər aşkar edilib".

Bunu da Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ötən ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, tədbirlər nəticəsində 17 nəqliyyat vasitəsi geri qaytarılıb: ''203 xəbərdarlıq edilib, 1 iş hüquq-mühafizə orqanlarına təqdim edilib. 390 zərərsizləşdirmə tədbirləri həyata keçirilib".

Q.Təhməzli əlavə edib ki, 6 ay ərzində 153.8 ton məhsul ölkəyə idxal, 4330 kiloqram məhsul ixrac edilib: "16.4 ton məhsul üzərində monitorinq aparılıb.

Altı ay ərzində zərzərsizləşdirmə tədbirləri ilə bağlı 25 qərar qıbul olunub. 2000 kiloqram konserv, 2300 kiloqram bitki mənşəli qida məhsulu, 3098 kq süd məhsulu, 3620 litr spirtli içki, 31 ton üzüm qurusu, 64 ton günəbaxan tumu, geri qaytarılmış 1500 ton taxıl məhsulu barədə zərərsizləşdirmə qərarı verilib".