:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Bakı-Gəncə sürət qatarında gediş haqqı azaldılır

Font

"Azərbaycan Dəmir Yolları" QSC fevralın 4-dən Bakı-Gəncə sürət qatarının hərəkət qrafikini və gediş haqqını dəyişir.

Gələn həftədən qatar hər gün saat 08:45-də Bakıdan Gəncəyə və elə həmin gün saat 17:00-da Gəncədən Bakıya yola düşəcək.

Qatarın yolda olma vaxtı isə əvvəlki kimi 4 saat 26 dəqiqə deyil, 4 saat 15 dəqiqə təşkil edəcək.

Bundan başqa, standart vaqonlarda gediş haqqı qiymət 15 manatdan 10 manata endiriləcək. Birinci sinif və biznes vaqonlarda isə gediş haqqı dəyişməyəcək.

Standart vaqonlarda səhər yemək və sərinləşdirici içkilərin pulsuz verilməsi dayandırılacaq. Sərnişinlər istədikləri zaman, qatarda yerləşən pullu avtomat köşklərdən istifadə edə bilərlər.

Birinci sinif və biznes vaqonlarda isə yemək və sərinləşdirici içkilərin verilməsi əvvəlki qaydada davam edəcək.