:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

İlkin hərbi qeydiyyata alınma proseduru asanlaşdırılır

Font

Azərbaycanda vətəndaşların ilkin hərbi qeydiyyata alınması zamanı sənədlərin təqdim edilməsi proseduru asanlaşdırılır.

Bununla bağlı "Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edilməsi nəzərdə tutulur.

Qüvvədə olan qanuna əsasən, hər il yanvar-mart ayları ərzində həmin il 15 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları yaşayış və ya olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınmalıdırlar.

Bu zaman onlar müvafiq icra hakimiyyəti orqanına bir sıra sənədlərlə yanaşı, doğum haqqında şəhadətnamənin surətini də təqdim etməlidirlər. Lakin doğum haqqında şəhadətnamə ilə bağlı məlumatlar Ədliyyə Nazirliyinin elektron informasiya sistemində yerləşdirilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti isə bu sistemə inteqrasiya olunub.

Təklif edilən dəyişikliyə görə doğum haqqında şəhadətnamə üzrə məlumatların elektron informasiya sistemindən əldə edilməsi mümkün olduğu hallarda həmin sənəd vətəndaşlardan tələb olunmayacaq. Dəyişiklik vaxta qənaət etmək, vətəndaş məmnunluğunu yüksəltmək, dövlət idarəçiliyinin səmərəliliyini artırmaq məqsədilə təklif edilir.

Məsələ Milli Məclisin fevralın 1-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.