:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Avropa ölkələrinə viza müraciət haqları artır

Font

Avropa Birliyinin (AB) üzv dövlətləri viza müraciət haqlarını artırır.

Avropa Parlamenti ilə Avropa İttifaqı Şurası arasındakı danışıqlarda razılıq əldə olunub.

AB-nin 100-dən çox ölkənin vətəndaşlarına tətbiq edəcəyi səyahət vizası üçün tələb olunan ödənişi artıracaq. Bu çərçivədə AB ölkələrinə viza müraciətlərində 60 avroluq ödəniş 80 avroya qədər artırılacaq.

Bu rüsum tələbələr, pensiyaçılar və 12 yaşdan kiçik uşaqlardan alınmayacaq. Rəssamlar, peşəkar idmançılar və tez-tez səyahət edənlər üçün çoxsaylı giriş vizaları veriləcək. Viza müraciətləri səyahətdən 6 ay əvvəl edilə bilər.