:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

XİN Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü barədə

Font

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında növbəti görüşün yeri və vaxtı hələ ki, müəyyənləşməyib, lakin hər şey mümkündür.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

L.Abdullayeva bildirib: "Azərbaycan tərəfi danışıqların sadəcə danışıqlar xatirinə deyil, nəzərə çarpacaq nəticələrə yönəlməsini dəstəkləyir və bu bizim prinsipial mövqeyimizdir".