:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Polisin əmrinə tabe olmayan qadın sürücü QƏZA törətdi -VİDEO

Font

Bakıda ani diqqətsizlik qəzaya səbəb olub.

Qəza şahidlərinin verdiyi məlumata görə, hadisə Cəfər Xəndan küçəsi ilə Azadlıq prospektinin kəsişməsində qeydə alınıb.

Belə ki, adıçəkilən küçə və prospektlərdə nəqliyyat axınını nizamlamaq üçün DYP əməkdaşı yollardan birini bağlayıb. Azadlıq prospektində hərəkət dayansa da, "KİA"nın qadın sürücüsü əmrə tabe olmayıb və həmin anda Cəfər Xəndan küçəsindən prospektə tərəf hərəkət edən "Hyundai" markalı avtomobil ilə toqquşub.

Qəza nəticəsində yüngül xəsarət alan "Kia"nın sürücüsünə ilkin tibbi yardım göstərilib.