:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

2014-2018-ci illərdə regionların inkişafına 24 mlrd. manatdan çox investisiya qoyulub

Font

"Regionların 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində 24,2 mlrd. manat investisiya qoyuluşu həyata keçirilib.

Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev proqramın icrasının yekunlarına həsr olunmuş konfransda bildirib.

Onun sözlərinə görə, ölkədə sahibkarlığın dəstəklənməsi, startap, mikro və kiçik sahibkarlığın inkişafı üçün xeyli işlər görülüb, kənd təsərrüfatı məhsulları istehsalçıları vergidən azad olunub. Tez xarab olan aqrar məhsulların daha tez ixrac edilməsi üçün "Yaşıl dəhliz” mexanizmi həyata keçirilib.

Nazir onu da bildirib ki, bu illər ərzində Azərbaycandan 24 ölkəyə ixrac missiyası təşkil edilib. Bu missiyalar çərçivəsində 104,2 mln. manatlıq məhsul ixrac edilib. İş adamlarına 332 investisiya təşviqi sənədi verilib.