:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Batumidə “Şərq tərəfdaşlığı” proqramının 10 illiyinə həsr olunan konfrans keçiriləcək

Font

"Gürcüstan Avropa İttifaqının yaxın qonşuluğunda olan sabitlik lövbəridir”.

Bunu Gürcüstan Prezidenti Salome Zurabişvili "Euradio.fr” radiosuna müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, bu gün Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması üçün Gürcüstanın təcrübəsindən istifadə etdiyi görünür: "Yerevan bu yolu bizdən sonra keçir. Bu onu göstərir ki, Gürcüstan tək deyil. Azərbaycan da həmçinin Avropa İttifaqı ilə münasibətlərdə maraqlıdır”.

S.Zurabişvili qeyd edib ki, Gürcüstan Avropa İttifaqına təşkilata daha da yaxınlaşmaq üçün yeni layihə təklif edəcək: "Gürcüstan İttifaqın üzvü adlanmayaraq təşkilatın üzvü ola bilər. Bu il Batumidə "Şərq tərəfdaşlığı” proqramının 10 illiyinə həsr olunan konfrans keçiriləcək və tədbir çərşivəsində Gürcüstan Avropa İttifaqına fəaliyyət planı təqdim edəcək”.

Qeyd edək ki, Avropa İttifaqının 2009-cu ilin may ayından həyata keçirdiyi "Şərq tərəfdaşlığı” proqramında Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna iştirak edir. Məqsəd adları çəkilən ölkələrlə ittifaq arasında əməkdaşlığın inkişaf genişləndirilməsidir.