:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

İlham Əliyev: Qaydaların olmaması və ya onların pozulması əlbəttə ki, mənfi nəticələnə bilər

Font

Qaydaların olmaması və ya onların pozulması əlbəttə ki, mənfi nəticələnə bilər.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Davosda "Rossiya 1” telekanalına müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, yəni etibar sarsılır, ölkələr arasında qarşılıqlı fəaliyyət səviyyəsi azalır: "Bu, müəyyən münaqişələrə, müəyyən çətinliklərə, bir çox ölkələr arasında münasibətlərin gərginləşməsinə gətirib çıxarır”.

Prezident İlham Əliyev qeyd edib ki, bugünkü mənzərəni müşahidə etmək təəssüf doğurur:

"Dediyim kimi, bu, həm də beynəlxalq məsələlərə, eləcə də iqtisadi problemlərlə bağlı məsələlərə aiddir. Etimad azalır, əvvəlcədən proqnozlaşdırma pisləşir və biznes aparmaq daha da çətinləşir”.