:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Filippində kilsədə partlayışlar nəticəsində 19 nəfər ölüb

Font


Filippində partlayış nəticəsində azı 19 nəfər ölüb, onlarla insan yaralanıb.

Yenizaman.az RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli polisə istinadən "Rappler" portalı məlumat yayıb.

Bildirilir ki, partlayışlar bazar günü səhər Holo adasının Sulu əyalətində baş verib. Partlayıcı qurğulardan biri kilsənin girişində, ikincisi isə daxilində işə düşüb. Partlayışlar nəticəsində 19 nəfər ölüb, 48-i isə xəsarət alıb.

Polis ərazidə təhlükəsizliyi təmin edir. Hazırda hücuma görə heç kim məsuliyyəti öz üzərinə götürməyib.