:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Fransa, Almaniya və İspaniya Nikolas Maduroya ultimatum verib

Font

Fransa Prezidenti Emmanuel Makron Venesuelanın Prezidentini tanınması ilə bağlı tələb irəli sürüb.

O, bu barədə "Twitter" səhifəsində yazıb.

O qeyd edib ki, səkkiz gün ərzində seçki elan olunmasa, Paris müxalifət lideri Xuan Quaydonu dövlət başçısı kimi tanıyacaq.

"Venesuela xalqı öz taleylərinə dair sərbəst qərar vermək hüququna malik olmalıdır", - E.Makron yazıb.

"Reuters"in məlumatına görə, Almaniya və İspaniya da müvafiq tələblə çıxış ediblər.

Qeyd edək ki, Venesuela parlamentinin sədri və müxalifət lideri Xuan Quaydo çərşənbə günü Karakasda keçirilən mitinq zamanı dövlət başçısı vəzifəsini icra etdiyini açıqlayıb.