:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Kerol Krofts "Brexit"dən sonra Böyük Britaniyanın Azərbaycanla münasibətləri barədə

Font

Böyük Britaniyanın Avropa İttifaqından çıxması (Brexit) bu ölkənin Azərbaycanla ticari-iqtisadi münasibətlərinə təsir etməyəcək.

Bunu Trend-ə Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts deyib.

O bildirib ki, iki ölkə arasında münasibətlər genişlənməkdə davam edir:

"Hazırda qeyri-neft sektorunun kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları kimi sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi üzrə iş aparılır”.

Səfir əlavə edib ki, aprel ayında ticari-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Böyük Britaniya hökumətlərarası komissiyasının növbəti iclası keçiriləcək. 4-5 aprel tarixində planlaşdırılan iclas zamanı əməkdaşlıq üzrə dəstək tələb olunan sektorlar müəyyən ediləcək.

Qeyd edək ki, Böyük Britaniya bu il martın 29-u Avropa İttifaqını tərk etməlidir.