:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Stratfor: Rusiya Ermənistanın ziyanına olaraq Azərbaycanla münasibətləri gücləndirə bilər

Font

Ermənistanla münasibətlərin pisləşməsi nəticəsində Rusiya öz diqqətini Ermənistanın ən böyük rəqiblərindən olan Azərbaycanla əlaqələri möhkəmləndirməyə yönəldə bilər.

Bu barədə ABŞ-ın "Stratfor” kəşfiyyat-analitika agentliyinin təhlil materialında deyilir.

Materialda qeyd olunur ki, Ermənistanla Rusiya arasında sıx əlaqələr Qafqazda uzun müddət əsas amillərdən olub, amma Yerevanla Moskva arasında gərginliyin artması bu münasibətlərə əhəmiyyətli dərəcədə ziyan vura bilər.

Analitiklər bildirir ki, Ermənistanda son vaxtlarda baş vermiş siyasi dəyişikliklər Yerevanla Moskva arasında ənənəvi möhkəm münasibətləri sual altına qoyur ki, bu da digər böyük dövlətlərin vəziyyətdən istifadə etmək ehtimalını artırır:

"2018-ci ilin oktyabrında Yerevana səfəri zamanı ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton bildirib ki, ABŞ Ermənistana silah satışı imkanını nəzərdən keçirə bilər. Öz növbəsində Paşinyan Boltona deyib ki, Yerevan silah tədarükü sazişi üzrə müzakirələrə hazırdır. Ermənistan ABŞ-dan silah almağa başlasa, Rusiya Azərbaycana silah tədarükünü artıracaq”.

Yekun olaraq materialda vurğulanıb ki, Ermənistanın təhlükəsizliyin təmin olunması baxımından Rusiyadan davam edən asılılığı və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Türkiyə ilə münasibətlərinin olmaması onu bildirir ki, Yerevan Rusiya ilə strateji alyansının dayandırılması ilə bağlı hər hansı bir qəfil addım atmayacaq.