:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Nazir müavini: Bu gün məktəblərdə öz ixtisasını 20-30 faiz bilən müəllimlər var

Font

Bu gün məktəblərimizdə öz ixtisasını 20-30 faiz bilən müəllimlər var. Bu müəllimlər zamanında, müxtəlif şəraitlərdə təhsil sisteminə daxil olub və indi də çalışırlar.

Bunu təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.

Təəssüf ki, heç də bütün müəllimlərimiz peşəsinin vurğunu deyil. Belə olduqda müəllimlər şagirdin nəticə əldə etməsinin yeganə yolunu onu yükləməkdə görürlər. Düşünürlər ki, şagird çox yazarsa, eyni tapşırığı bir neçə dəfə yerinə yetirərsə, onda vərdiş formalaşdıracaq və biliyi möhkəmlənəcək. Amma bu, yanlış yoldur.

Bunu da təhsil nazirinin müavini deyib.

Onun sözlərinə görə, şagirdin öyrənmə prosesini maraqlı etmək üçün onun rəngarəngliyinə çalışmaq lazımdır.