:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Emin Ağalarov Amerikanın ittihamlarına cavab verdi

Font

Xalq artisti Emin Ağalarov Amerika tərəfinin ona qarşı irəli sürdüyü ittihamlarifantastik adlandırıb.

Müğənni Rossiya 24 kanalına açıqlamasında heç bir qanunu pozmadığını bildirib:

"Mənim gizlədəcək bir şeyim yoxdur. Əgər nəticədə məni ilişdirib həbsxana kamerasına salsalar və uzun illər ifadə verməli olacağamsa, nə etmək olar? Təbii ki, mən bunun baş verməsiniistəməzdim, amma yenə də deyirəm; mən qətiyyən heç bir qanunun sərhədini aşmamışam. Prinsipcə mənim adımın bu məsələlərdə hallanması, müzakirə olunması hətta gülməlidir".

Xatırladaq ki, ABŞ prezidenti Donald Trampla əvvəllər sıx əlaqələrə malik olmuş müğənni və biznesmen Emin Ağalarov Birləşmiş Ştatlara bu ayın sonuna planlaşdırdığı konsert turnesini ləğv edib.Buna səbəb Emin Ağalarovun amerikalı agentinin ona göndərdiyi xəbərdarlıq mesajı olub. Mesajda deyilir ki, xüsusi prokuror Robert Müller üçün işləyən FTB agentləri onu ABŞ-da həbs edə bilərlər.



ABŞ və Kanadada planlaşdırdığı konsertlərini təxirə salması barədə E.Ağalarov özü İnstagram-da bildirib. "Mən bu mesajı yazmağı heç istəməzdim, amma məndən asılı olmayan səbəblərə görə başqa seçimim qalmır və ABŞ-la Kanadaya planlaşdırdığım turu təxirə salmağa məcburam. Biz bu şounu bir il əvvəl planlaşdırmışdıq və gəlməkdə, sizlərin qarşısında çıxış etməkdə tam qərarlı idik. Yaxın vaxtlarda sizin üçün tam informasiya verəcəyik. Bizimlə qalın, anlayışınıza görə təşəkkürlər! Emin”-müğənni belə yazıb.

"The İndependent” qeyd edir ki, Emin Ağalarov və onun britaniyalı prodüseri Rob Qoldsteyn 2016-cı ilin yayında Donald Trampın oğlu ilə rusiyalı vəkil Natalya Veselnitskaya arasında Nyu-Yorkda görüşün təşkil olunmasında mühüm rol oynamışdılar. Həmin görüş kiçik Donaldın Hillari Klinton barəsində kompromatlar alması üçün təşkil olunmuşdu. Hazırda həmin görüşü xüsusi prokuror Robert Müller araşdırır. Emin və atası Araz Ağalarovun adı Müllerin təhqiqatının başqa epizodlarında da keçir.