:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Rusiyada sərnişin təyyarəsini qaçıran şəxs Azərbaycana uçmaq istəyib - VİDEO

Font

Ötən gün "Aeroflot” şirkətinin Surqut-Moskva reysi ilə uçuş həyata keçirən təyyarəni qaçırmağa çalışan Pavel Şapovalov marşrutu Azərbaycana dəyişməyi tələb edib.

Bu barədə NTV telekanalı xəbər verib.

Telekanal bildirib ki, P.Şapovalov hava gəmisinin qaçırılması ilə bağlı cinayət işində ittiham olunub: "Uçuş zamanı o, stüardessanı yanına çağırıb və marşrutu dəyişməyi təklif edib. Əvvəlcə o, Azərbaycana getmək istəyib, daha sonra fikrini dəyişib və Əfqanıstana uçmağı tələb edib”.

Xatırladaq ki, insident zamanı pilotlar təyyarəni Xantı-Mansiysk hava limanına endirib və həmin şəxs polis tərəfindən saxlanılıb.