:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Bu ay Azərbaycanda zəfaran emalı müəssisəsi istifadəyə veriləcək

Font

Bu ay Pirallahı Sənaye Parkında daha bir rezident qeydiyyata alınıb.

Bunu İqtisadiyyat Nazirliyinin geniş kollegiya iclasında nazir Şahin Mustafayev bildirib.

Onun sözlərinə görə, yeni rezident "Absheron Saffron Ltd” MMC müasir texnologiyalar əsasında yerli xammal əsasında zəfəranın emalını və ondan müxtəlif növ məhsulların istehsalını həyata keçirəcək. Müəssisədə 50 yeni iş yeri açılacaq. 

Nazir həmçinin bildirib ki, Pirallahı Sənaye Parkında investisiya dəyəri 100 mln. ABŞ dollarından artıq olan əczaçılıq, şpris və uşaq bezlərinin istehsalı müəssisələrinin yaradılması işləri aparılır: "2019-cu ilin 1-ci rübündə istifadəyə verilməsi nəzərdə tutulan şpris zavodu daxili tələbatı ödəməklə yanaşı, əlavə ixrac imkanları da yaradacaq. 2019-cu ilin 1-ci rübündə Azərbaycan-Rusiya birgə müəssisəsi olan "R-Pharm” MMC tərəfindən dərman vasitələrinin qablaşdırılmasına başlanması nəzərdə tutulur”.