:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Bakıda taxta bazarında baş verən yanğın söndürülüb

Font

Bakıda taxta bazarında baş verən yanğın söndürülüb.

FHN-dən verilən məlumata görə, gecə saatlarında Bakı şəhərinin Nərimanov rayonunda taxta bazarının ərazisində yanğın yanğından mühafizə bölmələri tərəfindən saat 07:15-də söndürülüb.

Taxta bazarının ərazisində yanğın nəticəsində təxminən 350-400 m² sahədə taxta materiallar yanıb. Yanğın saat 03:48-də məhdudlaşdırılıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanında yanğınsöndürmə işləri aparıb.