:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Sərnişin təyyarəsini ələ keçirdi və Əfqanıstana uçmağı tələb etdi-Rusiyada

Font

Sərnişinin ələ keçirdiyi təyyarə Xantı-Mansiysk şəhərinin hava limanında eniş edib.

Rusiya mətbuatı xəbər verir ki, Rusiya Federal Hava Nəqliyyat Agentliyinin Hava Nəqliyyat İdarəsinin Ural Regionlararası Ərazi İdarəsinin rəhbəri Aleksandr Şulepov bildirib ki, göyərtədəki sərnişinlərdən birinin xuliqanlığı nəticəsində təyyarə Xantı-Mansiyskə yönəldilib.

69 sərnişini daşıyan SU1515 Surqut-Moskva reysi məcburi şəkildə kursunu dəyişib və Xantı-Mansiysk şəhərinin hava limanında eniş edib.

Reysin kursunu dəyişməsinə səbəbkar olan sərnişin saxlanılıb.