:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Səudiyyə Ərəbistanında qadınlara daha bir imtiyaz verilir

Font

Səudiyyə Ərəbistanında qadınlara turizm bələdçisi kimi çalışmağa icazə veriləcək.

Artıq 150-yə yaxın qadın ərizəsini təqdim edib.

Ən azı 23 yaşı olan həmin qadınların turizm sahəsində təhsil aldığı və universiteti 2012-ci ildən gec olmayaraq başa vurduğu bildirilir.

Xatırladaq ki, bundan əvvəl Səudiyyə Ərəbistanında qadınlara ilk dəfə təyyarə bələdçiləri, eləcə də ötən il avtomobilləri idarə etmə hüququ və taksi sürücüsü işləməyə icazə verilib.