:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Futbolda əl ilə oyuna görə cəza dəyişdirilə bilər

Font

Beynəlxalq Futbol Assosiasiyaları Şurası ("IFAB") təsadüfi əl ilə oyuna görə cəzaya yenidən baxa bilər.

"The Times" qəzetinin verdiyi məlumata görə, təsadüfi əl ilə oyuna görə cəzanın dəyişilməsi ilə bağlı qərar "IFAB"ın mart ayında Aberdində keçiriləcək iclasında qəbul edilə bilər.

Məlumata əsasən, təsadüfi əl ilə oyuna görə cəza yalnız cərimə meydançasından kənarda olduğu halda tətbiq ediləcək. Beləliklə, penalti yalnız bilərəkdən əl ilə oyuna görə təyin olunacaq.

Qaydalara mümkün yenilik hücumda təsadüfi əl ilə oyunu istisna etməlidir.